Süni intellekt toyuq səslərini tərcümə edir

Süni intellekt toyuq səslərini tərcümə edir

22 Sentyabr 2023 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Yapon alimləri toyuqların səslərini süni intellektlə tərcümə etməyin yolunu tapdıqlarını iddia ediblər. Araşdırmaya rəhbərlik edən Tokio Universitetinin professoru Adrian David Cheok, "Bu, elm üçün irəliyə doğru böyük bir sıçrayışdır və bu, yalnız başlanğıcdır" deyə bildirib. Digər tərəfdən Cheok bu texnologiyanı fərqli heyvanlara uyğunlaşdırmaq istədiyini qeyd edib.

Yapon alimləri süni intellekt sayəsində fərqli toyuq səslərinin nə demək olduğunu anlaya bildiklərini bildiriblər.

Toyuqların səslərini təhlil etmək üçün süni intellekt texnologiyasından istifadə edərək tədqiqatçılar aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və cansıxıcılıq daxil olmaqla altı fərqli emosional vəziyyəti 80% dəqiqliklə tərcümə edə bildiklərini iddia edirlər.

Cheok, toyuqların emosional vəziyyətləri ilə bağlı fikirlərini təqdim edən səkkiz heyvan psixoloqu və baytar cərrahdan ibarət bir qrup ilə əməkdaşlıq edib. Onlar birlikdə 80 toyuqun 200 saata yaxın səs yazısını təhlil ediblər.

Alimlər süni intellektə 100 saatlıq toyuq səs yazısı ötürüblər və hər bir toyuq səsini emosional vəziyyətlə əlaqələndirdilər.

Daha sonra onlar süni intellektə 100 saat yeni toyuq səsləri ötürüblər və süni intellekt toyuqların emosional vəziyyətlərini dəqiqliklə müəyyən edə bilib.

Murad Şahməmməd