Evlənəcək gənclərə faizsiz kreditlər veriləcək

Evlənəcək gənclərə faizsiz kreditlər veriləcək

27 Sentyabr 2023 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Ərdoğan, 18 yaşı tamam olan gənclərin mədəni fəaliyyətlərdə istifadə edə biləcəyi “Genç Kart” tətbiqini işə salacaqlarını açıqlayıb. Bununla yanaşı tələbələrə texnoloji dəstək, yeni ailə quran gənclərə isə faizsiz kreditlər veriləcək.

Prezident Ərdoğan, "Biz bu gənclərə 1 il müddətində qüvvədə olan «Gənc Kartı» verəcəyik. Bu karta sahib olan bütün gənclərimiz muzey, teatr, kinoteatr kimi mədəniyyət və incəsənət tədbirlərindən pulsuz və ya endirimlə yararlana biləcəklər. Zamanla «Gənc Kart» tətbiqi çərçivəsində gənclərimizə təqdim olunan imkanları daha da genişləndirəcəyik» - deyə bildirib.

Əvvəlcə ailələr və gənclər üçün pilot layihələr həyata keçirəcəklərini, daha sonra isə genişləndirəcəklərini ifadə edən Ərdoğan, “Yeni evlənən cütlüklərə Ailə və Gənclik Bankı tərəfindən qarşılanacaq faizsiz kreditlər təqdim edəcəyik. Ailə və Gənclik Bankının gəlirləri qurulana qədər bu "Zəlzələ bölgəsində pilot layihə olaraq tətbiqə başlayacağıq. Zəlzələdən zərər çəkmiş gənclərimizə ev tikməyə kömək edəcək bu mühüm layihənin xeyirli olmasını arzu edirəm" deyə sözlərinə əlavə edib.

Murad Şahməmməd