Özünüzü yarış avtomobilindəki kimi hiss edəcəksiniz

Özünüzü yarış avtomobilindəki kimi hiss edəcəksiniz

28 Sentyabr 2023 07:21
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən məşhur oyun avadanlıqları istehsalçılarından biri olan «Logitech», oyunçuları, xüsusən də yarış oyunlarını sevənləri sevindirəcək yeni məhsul hazırlayıb. "Playseat Challenge X" adlanan və oturacaq kimi görünən bu məhsul bəzi diqqətəlayiq xüsusiyyətlərə malikdir. «Logitech»-in yeni oyun kreslosuna daha yaxından nəzər salaq.

«Logitech Playseat Challenge X» istifadə edilmədikdə asanlıqla qatlana bilər və beləliklə, yer tutmaz. Ancaq bundan daha çox üstünlükləri də var. Bu oyun kreslosu xüsusi dizayna malikdir ki, pedallar və sükan oyunçunun boyuna uyğun olaraq birləşdirilə və tənzimlənə bilsin. Bu yolla hər bir oyunçu özü üçün ideal oturma mövqeyini tənzimləyə bilər. Oturduğunuz yerin bucağını da tənzimləyə bilərsiniz. Beləliklə, oyunçu rahat oyun oynayacaq və özünü həqiqətən yarış avtomobilindəki kimi görəcək.

«Logitech Playseat Challenge X» əslində yalnız yarış oyunları üçün istehsal olunan oturacaq deyil. Tənzimlənərək kompüter kreslosu kimi də istifadə edilə bilər. Hətta qonaq kreslosu kimi də istifadə edə bilərsiniz. Xüsusi örtüklə bədənə uyğun forma verən erqonomik dizayna malik oturacaq, nəfəs ala bilən meş quruluşu ilə də tərləmənizin qarşısını alacaq…

Murad Şahməmməd