Sizə sadəcə qulaq asmaq istədiyiniz musiqini təsvir etmək kifayət edəcək

Sizə sadəcə qulaq asmaq istədiyiniz musiqini təsvir etmək kifayət edəcək

4 Oktyabr 2023 07:26
Bəyəndim (0) Bəyənmədim (0)

«ChatGPT» kimi süni intellekt «Spotify»-a gəlir. Sizə sadəcə qulaq asmaq istədiyiniz musiqini təsvir etmək kifayət edəcək. «Spotify» kodlarında yeni funksiya aşkarlanıb. Bu yeni funksiya süni intellekt tərəfindən dəstəklənən pleylistlərin yaradılmasına imkan verir. Bu funksiyanın nə vaxt istifadəyə veriləcəyi və hansı təcrübəni təmin edəcəyi məlum deyil.

Dünyanın ən populyar onlayn musiqi və podkast platforması olan «Spotify» ilə bağlı diqqətəlayiq inkişaf baş verib. Tətbiq kodlarını araşdıran müstəqil tərtibatçılar «Spotify»-a gələn yeni bir xüsusiyyət ortaya qoydular.

Bu yeni xüsusiyyət, görünür süni intellektin istifadəsinin yeni sahəsini ortaya qoyur. İstifadəçinin seçdiyi bir neçə seçim süni intellektə avtomatik olaraq pleylist yaratmağa imkan verəcək. Ancaq xüsusiyyətin hələ inkişaf mərhələsində olması təcrübənin necə olacağını anlamağımıza mane olur. Şirkət keçən həftə partlayıcı xüsusiyyət təqdim etdi. Bu xüsusiyyət çərçivəsində podkast yayımları süni intellekt vasitəsilə müxtəlif dillərə tərcümə edilə bilər. Bugünkü xəbərlər «Spotify»-ın süni intellekt dünyasından geri qalmayacağının bariz göstəricisi sayıla bilər.

Murad Şahməmməd