Kök hüceyrə terapiyası insanlara 150 il yaşamağa imkan verəcək

Kök hüceyrə terapiyası insanlara 150 il yaşamağa imkan verəcək

4 Oktyabr 2023 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bəşəriyyət tarixin bütün dövrlərində uzun ömrün sirrini axtarıb. Mütəxəssislər uzun və sağlam həyat üçün müxtəlif tövsiyələr edərkən, məşhur amerikalı həkim Ernst von Schwarz da uzun ömrün elm sayəsində mümkün olduğunu bildirib. İnsanların elm sayəsində həyatda daha çox yaşayacağını bildirən həkim, kök hüceyrələrdəki sürətli inkişaflarla görə insanların 120 yaşa qədər sağlam yaşamasının mümkün olduğunu ifadə edib. "Kök hüceyrə terapiyası müasir tibbdə ən əhəmiyyətli kəşf hesab olunur" deyən Schwarz, əsrin sonuna qədər 150 illik həyatın normal olacağını düşündüyünü bildirib. «Yalnız kök hüceyrə müalicəsindən əlavə, Aralıq dənizi pəhrizinə riayət etmək, idman etmək və siqaret kimi tütün tərkibli maddələrdən imtina etmək ömrü uzatan amillərdən hesab olunur» deyə həkim bildirib.

Murad Şahməmmədov