Yeni qulaqlıq süni intellekti dəstəkləyəcək

Yeni qulaqlıq süni intellekti dəstəkləyəcək

5 Oktyabr 2023 07:11
Bəyəndim (0) Bəyənmədim (0)

Samsung «Galaxy Buds FE»-ni elan edib. Simsiz qulaqlıqdan gözlədiyiniz demək olar ki, hər bir xüsusiyyəti təqdim edə bilən qulaqlıq önümüzdəki günlərdə satışda olacaq. Cənubi Koreya texnologiya nəhəngi Samsung Galaxy S23 FE və Galaxy Tab S9 FE seriyalarından sonra «Galaxy Buds FE»-ni elan etdi. Samsung-a görə, Buds ailəsinin ən uzun istifadə müddətinə sahib olan yeni simsiz qulaqlıqlar çox münasib qiymətə sahibdir. Beləliklə, «Galaxy Buds FE» hansı xüsusiyyətlərə malikdir?

Samsung tərəfindən edilən açıqlamalara görə, «Galaxy Buds FE»-nin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də aktiv səs-küyü ləğv etmə xüsusiyyətidir. Bundan əlavə, bu qulaqlıqlar süni intellekt tərəfindən də dəstəklənir. Samsung-un fikrincə, bu dəstək zənglər zamanı fon səs-küyünün filtrlənməsinə imkan verəcək. Bu yolla istifadəçi səsini qarşı tərəfə aydın şəkildə ötürəcək. Buna nail olmaq üçün Samsung 3 mikrofondan istifadə edib.

Samsung «Galaxy Buds FE» aktiv səs-küyün ləğvi funksiyasını söndürməklə 8,5 saata qədər fasiləsiz istifadə təklif edir. Şarj qutusunu daxil etdikdə 30 saata qədər istifadə müddəti əldə edirik. Aktiv səs-küyün ləğvi funksiyası işə salındıqda, qulaqlıq bir dəfə doldurulmaqla 6 saata qədər istifadə edilə bilər və bu müddət qutu ilə birlikdə 21 saata qədər artır. Onu da deyək ki, Samsung-un yeni qulaqcığı üç fərqli ölçüdə silikon ucluqla gələcək.

Qrafit və ağ olmaqla iki rəng variantında satışa çıxarılacaq «Galaxy Buds FE»-nin qiyməti 99 dollar olaraq açıqlanıb. Samsung yeni simsiz qulaqlıqlarını oktyabrın 10-da satışa təqdim edəcək.

Murad Şahməmməd