«Facebook» adlandırdığımız şəbəkənin adını «Meta» olaraq dəyişdirən Zukerberq

«Facebook» adlandırdığımız şəbəkənin adını «Meta» olaraq dəyişdirən Zukerberq

6 Oktyabr 2023 07:12
Bəyəndim (0) Bəyənmədim (0)

«Meta», hər ay 1 milyard dollar itirən Metaverse bölməsini, «Reality» Labs-i azaltmaq qərarına gəlib. Şirkət mənbələrinə görə, Metaverse məhsulları üçün çiplər istehsal edən bölmədə ixtisarlar olacaq. Mark Zukerberqin metaverse üçün həvəsi onu olduqca radikal qərarlar qəbul etməyə vadar etdi. İllərdir «Facebook» adlandırdığımız şirkətin adını «Meta» olaraq dəyişdirən Zukerberq virtual dünya qurmaq üçün külli miqdarda pul xərcləyib. Bu mövzuda Metaverse üzərində işləyən «Reality Labs», ilk günündən bəri 40 milyard dollardan çox itirdi. Bununla belə, Zukerberq metaverse üçün öz həvəsindən əl çəkməməkdə qərarlı idi. İndi məsələ ilə bağlı diqqətəlayiq bir inkişaf var. Daxili mənbələrdən alınan məlumata görə, Mark Zukerberq «Reality Labs»-ın sayını azaltmaq qərarına gəlib. Atılan ilk komanda «Reality Labs» daxilində çiplər istehsal edən «Facebook Agile Silicon Team» (FAST) adlı bölmə idi. 600 nəfərin çalışdığı bölmədən neçə nəfərin işdən çıxarılacağı hələlik məlum deyil.

Meta, iyun ayında elan etdiyi Quest 3 metaverse başlığında öz çiplərindən istifadə etmədi. Bunun əvəzinə şirkət «Qualcomm»-dan dəstək aldı. Sözügedən başlıqda ikinci nəsil «Snapdragon XR2» prosessorundan istifadə edilib. Buna görə də «Meta»-nın «Reality Labs» daxilində çip istehsal bölməsini bağlaması və ya ixtisar etməsi təəccüblü deyil. Hətta deyə bilərik ki, bu məntiqli bir hərəkətdir.

Murad Şahməmməd