Dünyada satılan ilk mobil telefonun qiyməti və «Apple Vision Pro» nümunəsi

Dünyada satılan ilk mobil telefonun qiyməti və «Apple Vision Pro» nümunəsi

6 Oktyabr 2023 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Düz 40 il əvvəl Motorolanın 15 illik çalışması nəticəsində yaratdığı ilk telefon olan «Motorola DynaTAC 8000X» modeli 4 min dollarlıq satış qiyməti ilə satışa çıxarılmışdı. Bu gün ilə müqayisə etsək təxminən 10 min dollara bərabərdir. İndi 40 il əvvəllə müqayisədə telefonlara çatmaq daha asan olub. Beləliklə, qarşıdakı illərdə qarışıq reallıq eynəkləri «Apple Vision Pro» telefon kimi gündəlik həyatımıza inteqrasiya edə bilərmi?

Alimlər Martin Kuper və Rudi Kroloppun ixtirası olan motorollanın hazırkı bazarla müqayisə qiyməti 10 min dollar idi. Bu 8000X mühəndislərinin 15 illik əməyinin nəticəsi idi və bazarda ilk olaraq həqiqətən əl mobil telefonu idi.

Telefon tək enerji ilə 30 dəqiqə danışıq imkanı verirdi və çəkisi 790 qram idi. Texnologiya nəhəngi «Apple»-ın isə son aylarda «WWDC 2023» təqdimatında təqdim etdiyi qarışıq reallıq gözlükləri «Apple Vision Pro»-nun qiymətinin 3 min 500 dollar olacağı bildirilib. Qarışıq reallıq eynəkləri yaxın illərdə «Apple Vision Pro» telefonu kimi gündəlik həyatımıza inteqrasiya edə bilərmi?

İstifadəçilər tərəfindən çox baha olaraq xarakterizə edilən «Vision Pro»-nun qiymətinin gələcəkdə əvəzedicilərin buraxılması ilə dəyişə biləcəyini nəzərə alsaq, bu vəziyyət uzaq bir ehtimal kimi görünmür.

«Apple»-ın məkan kompüteri kimi təsvir etdiyi «Vision Pro» sayəsində istifadəçilər, xüsusi dizayn edilmiş interfeyslə birlikdə iki ayrı paneldə 23 milyon piksellik microLED ekrana sahib olacaqlar.

Beləliklə, istifadəçilər «FaceTime» zənglərindən, oyunlardan, filmlərdən və seriallardan başqa qarışıq reallıq eynəkləri ilə bir çox xüsusiyyətlər yaşaya bilərlər.

Digər tərəfdən, qarışıq reallıq eynəkləri virtual həyatı real həyatla əlaqələndirir və fokuslanmaq istədiyiniz zamanda eynək taxdığınız vaxt ekranın xaricindəki sahələri istədiyiniz mənzərə ilə əvəz edə bilərsiniz və beləliklə diqqəti daha da asanlaşdırarsınız…

Murad Şahməmməd