O, qəzaya uğrayan təyyarədən  sağ çıxmağı bacarıb

O, qəzaya uğrayan təyyarədən  sağ çıxmağı bacarıb

23 Noyabr 2023 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

1971-ci ildə cəmi 17 yaşı olan Juliane anası ilə birlikdə səyahət edərkən onların təyyarəsi qəzaya uğradı. Gənc qız əvvəlcə təyyarə qəzasından, sonra isə təyyarənin düşdüyü Peru tropik meşəsindən sağ çıxa bilib.

24 dekabr 1971-ci ildə Juliane və anası Maria Koepcke Peruya getmək üçün göyərtəsində 92 sərnişin olan bir təyyarəyə mindilər. Uçuş zamanı təyyarə fırtına ilə qarşılaşmışdı. Əvvəlcə hər şey normal görünsə də, getdikcə vəziyyətin daha ciddi olduğu məlum oldu.

Səyahət tez bir zamanda dəhşətə çevrildi. Təyyarədə hər şey şiddətlə silkələndi və insanlar ağlamağa başladılar. Təxminən 10 dəqiqə sonra təyyarə böyük qüvvə ilə Peru tropik meşəsinə düşdü. Qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs o zaman cəmi 17 yaşı olan Juliane olub. O, qəzadan sağ çıxsa da, körpücük sümüyü sınıb, ayaqlarında dərin kəsiklər olub, dizinin bağı qopub, amma yenə də yeriyə bilib.

Xoşbəxtlikdən, bir il yarım əvvəl Juliane düşdüyü yerdən 30 mil uzaqlıqdakı tədqiqat stansiyasında çox vaxt keçirirdi və tropik meşələr haqqında təsəvvürə sahib idi. Əvvəlcə nə edəcəyini bilməsə də, qaçmaq ümidi ilə meşədə hərəkət etməyə başladı.

Mini paltar geyinmişdi və soyuq xüsusilə gecələr problem yaradırdı. O, eynəyini də itirdi, bu da onun görmə qabiliyyətini xeyli azalatmışdı. Bu müddət ərzində O, təyyarə qalıqlarından qalan konfet kimi qidalarla qidalanmağa çalışdı.

Vəziyyət ağırlaşdıqca, Juliane dördüncü gün meşənin o biri ucunda təyyarə qəzasında həyatını itirənlərin cəsədləri ilə qarşılaşanda böyük dəhşət yaşadı.

10-cu günə qədər bütün enerjisi tükənmək üzrə idi deyə Juliane belə izah edir:

10-cu gün artıq dayana bilmədim və tapdığım daha böyük çayın kənarı ilə süründüm. Özümü o qədər tənha hiss edirdim ki, sanki paralel bir kainatda, bütün insanlardan uzaqdaydım.

Elə həmin gün Juliane, onu sivilizasiyaya aparacağına ümid etdiyi çayı izləyərkən kiçik bir qayıq və daxma kəşf etdi. Bu vaxt onun qolundakı yara yavaş-yavaş açılmışdı və içində çoxlu qurdlar var idi. Gənc qız itinin də eyni şeyi yaşadığını və atasının infeksiyanı sağaltmaq üçün üzərinə kerosin qoyduğunu xatırladı. Bu xatırlama əsasında Juliane qayıqdan benzin götürdü, yarasını sarıdı və yaradan qurdları çıxartdı.

Həmin gün kottecin sahibləri Juliane tapdılar. Onu müalicə edib, yedizdirdilər və atasının yanına apardılar. Juliane o anı "mələklərin səsini eşitmək kimi" kimi təsvir edir.

O, xilas edildikdən sonrakı prosesi belə təsvir edir: Atamı xilas olunanın ertəsi günü gördüm. O, çətinliklə danışa bildi və biz ilk andan bir-birimizi qucaqladıq. Sonrakı bir neçə gün o, çılğınlıqla anamla bağlı xəbərləri axtardı. Yanvarın 12-də onun meyitini tapıblar. Sonradan bildim ki, o da qəzadan sağ qalıb, amma ağır yaralanıb və yerindən tərpənə bilməyib. Bir neçə gün sonra ölüb. Onun son günlərinin necə keçdiyini düşünməkdən qorxuram.

Dəhşətli qəzadan illər keçməsinə baxmayaraq, Juliane belə bir qəzadan necə sağ çıxdığını və meşədə necə sağ qaldığını hələ heç kim anlaya bilmir. 17 yaşlı qızın mübarizəsi “Ümid qanadları” adlı sənədli filmdə təsvir edilib.

Mənbə: BBC

Oxuməni.az