Çin avtomobil nəhəngi üzən elektromobil yaradıb

Çin avtomobil nəhəngi üzən elektromobil yaradıb

24 Noyabr 2023 07:16
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin avtomobil istehsalçısı BYD «YangWang» brendi altında üzən elektromobil hazırlayıb. "U8" adlı elektrik yolsuzluq avtomobili saatda 3 km sürətlə su üzərində 30 dəqiqə hərəkət edə bilir. Avtomobilin su üzərində 3 km/saat sürətlə 30 dəqiqəyə hərəkət edə biləcəyi artıq sınaqdan keçirilib.

BYD bildirir ki, avtomobil suya girən zaman asma hündürlüyünü artırır, pəncərələri bağlayır, üst damı açır və mərkəzi idarəetmə ekranında suyun dərinliyi ilə bərabər avtomobilin vəziyyətini göstərir. Fövqəladə hallarda suda naviqasiya etməyə imkan verən bu funksiya daim sınaqdan keçirilir və təkmilləşdirilir.

Oxuməni.az