Çəyirtkə robotu şok edici uzunluğa tullanır

Çəyirtkə robotu şok edici uzunluğa tullanır

24 Noyabr 2023 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

İllinoys Universiteti nəhəng tullanışlar edə bilən və çətin ərazilərdə hərəkət edə bilən heyrətamiz mini robotlar nümayiş etdirib. Tədqiqatçılar çəyirtkələrdən təbii prototip kimi istifadə edərək, onların hərəkətlərini təqlid edən struktur yaradıblar.

Robotun əsas elementi istiliklə işlənmiş neylondan hazırlanmış spiral ötürücüdür. Büküldükcə enerji toplanır və müəyyən bir həddə çatdıqdan sonra enerji sərbəst buraxılır, bu da robotun irəliyə güclü sıçrayış etməsinə imkan verir.

Bu mini robot əvvəlki modellərlə müqayisədə həm şaquli, həm də üfüqi istiqamətdə hərəkət edə, əhəmiyyətli məsafələri qət etməyə qadirdir. Mütəxəssislər 108 belə robot istehsal edib sınaqdan keçiriblər. Ən kiçiyinin çəkisi cəmi 0,216 qram idi, üstəlik o, öz ölçüsündən 60 dəfə çox məsafəyə tullanır.
Belə robotlar hərbi və sənaye sektorunda, o cümlədən avadanlığın daxili komponentlərini yoxlamaq üçün istifadə edilə bilər.

Oxuməni.az