Səddam Hüseyn haqqında film çəkilir

Səddam Hüseyn haqqında film çəkilir

30 Noyabr 2023 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

“Oskar” mükafatlı “Məcburi Kral” filminin ssenari müəllifi David Seidler “Səddam Hüseyni Gizlətmək” sənədli filminin rejissoru Halkavt Mustafa ilə «Səddam Hüseyn» filminin çəkilişləri üçün bir araya gələcəklər. Film devrilmiş liderin səkkiz ay gizləndiyi çuxurda keçirdiyi günlərdən bəhs edəcək.

Film 2003-cü ildə hakimiyyəti itirdikdən sonra çuxurda gizlənən Səddam Hüseyn və onu gizlədən iraqlı fermer Alaa Namıkın hekayəsindən bəhs edəcək.

Hakimiyyəti itirdikdən sonra səkkiz ay yeraltı çuxurda gizlənən Səddam Hüseynin bu günləri dramatik filmə çevriləcək.

Bağdadın Tikrit qəsəbəsində fermer Namıkın açdığı kiçik çuxurda gizlənən Səddam Hüseyn 2003-cü ildə çuxurdan çıxarılıb və 2006-cı ildə edam edilib. Çuxurda gizləndiyi müddətdə Namık Səddam Hüseynin saç ustası, həkimi, mühafizəçisi olur və aralarında dostluq yaranır.

Layihənin yaradıcıları Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında "Səddam Hüseyni Gizlətmək" sənədli filminə görə yüksək qiymətləndiriliblər.

Halkavt Mustafa izah edib ki, Seidlerlə birlikdə son üç ili bu filmin ssenarisini yazmağa sərf ediblər.

Səddamı gizlədən fermer Namık ilk dəfə “Səddam Hüseyni gizlətmək” sənədli filmində danışıb. Sənədli film ilk dəfə dekabrın 1-də Qırmızı Dəniz Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək.

Oxuməni.az