Cennifer Lopezin «Google» şəkillərinə ilham verdiyini bilirdinizmi?

Cennifer Lopezin «Google» şəkillərinə ilham verdiyini bilirdinizmi?

1 Dekabr 2023 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən uğurlu və populyar sənətçilərindən biri olan Cennifer Lopez musiqi dünyasına rəhbərlik etməklə yanaşı, texnologiya dünyasında da mühüm rol oynayıb. Lopez «Google» şəkillərinin yaranmasına ilham verən və axtarış sisteminin inkişafına kömək edən şəxs kimi tarixə düşüb.

Məşhur ulduz Cennifer Lopez 2000-ci illərdə ilk sinqlı "If You Had My Love" ilə "Britni Spirs"dən sonra "Billboard Hot 100" siyahısına daxil olmaq üçün ən iddialı sənətçi olaraq seçilmişdi. Bu rekorddan sonra 2000-ci ildə «Grammy» mükafatlarında geyindiyi «Versace» libası ilə damğasını vuran Lopez «Google»-da ən çox axtarılan ad olmuşdu.

O dövrdə Facebook, Snapchat və ya Instagram olmadığı üçün dünya Lopezi və onun paltarını «Google»-da axtarmağa başladı. Həmin gecə internetdə ən çox axtarılan söz Lopez və Versace paltarı olub. Lopezin stil məsləhətçisi Andrea Liberma moda tarixinə yazılan o anlar haqqında belə deyib: "Bu diqqət gözləmədiyim bir şey oldu. Versace və Lopez bir-birini tamamlayırdı. Onların birlikdə parlamaları çox təbii idi".

«Google»-da proqram mühəndisi işləyən Erik Şmidt bu axtarış nəticəsində internet istifadəçilərinin tam olaraq nə görmək istədiklərinə əmin olmaq istəyirdi. Şmidt, "İnternetdə bir şeyin dəfələrlə axtarılmasını ilk dəfə qarşılaşdığı bir fenomen kimi təsəvvür etmişdi. «Google» istifadəçilərinin bizdən nə gözlədiyini tam anlamadıq.

Lopezin geyindiyi Versace paltarı «Google» şirkətinə şəkillərə nə qədər ehtiyac olduğunu xatırlatdı. İnsanlar internetdə təkcə mətni deyil, şəkilləri də görmək istəyirdilər.

Oxuməni.az (Mənbə: BBC)