GTA 6 (Grand Theft Auto 6) treyleri yayımlandı: Video 2 saat ərzində 15 milyon dəfədən çox izlənilib

GTA 6 (Grand Theft Auto 6) treyleri yayımlandı: Video 2 saat ərzində 15 milyon dəfədən çox izlənilib

5 Dekabr 2023 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Milyonlarla oyunçunun səbirsizliklə gözlədiyi «Grand Theft Auto 6» rəsmi olaraq açıqlandı. Ötən həftələrdə verdiyi sözə əməl edən «Rockstar Games», illərdir maraqla gözlənilən oyunun treylerini yayımladı. Xüsusi oyun mühərriki RAGE ilə inanılmaz qrafikaya sahib olan oyunun treyleri 2 saat ərzində 15 milyondan çox baxışa çatıb.

«Rockstar Games» 12 illik fasilədən sonra GTA 6-nı oyunçulara təqdim etməyə hazırlaşırdı. Ötən həftələrdə verdiyi sözə əməl edən və GTA 6-nın treylerini yayımlayan oyun şirkətinin YouTube kanalında yayımlanan videosu 2 saat ərzində 15 milyondan çox baxış toplayıb, yeni rekord qırıb.

Sonuncu dəfə 2013-cü ildə GTA 5 ilə oyunsevərlərə təqdim edilən və hələ də xeyli sayda insanın oynadığı oyunun yaradıcısı «Rockstar Games» pərəstişkarlarını sevindirib.

Oxuməni.az