2024-cü ilin rəngi müəyyən olundu

2024-cü ilin rəngi müəyyən olundu

8 Dekabr 2023 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın rəng avtoriteti sayılan «Pantone» rəng institutu 2024-cü ilin rəngini «Peach Fuzz» olaraq açıqlayıb. Dəbdən gözəlliyə dekorasiyadan sənətə qədər bir çox sektora təsir edən ilin rəngi şaftalı tüklərində olub.

Hər ilin dekabr ayında gələn ilin trend rəngini elan edən «Pantone» rəng institutu, «Peach Fuzz»-i hər şeyi əhatə edən ruhu, zehni və bədəni zənginləşdirən məxmər kimi yumşaq şaftalı tonu kimi müəyyən edib.

«Pantone» həmçinin 2024-cü ilin rəngini şəfqət və empatiya mesajı verən, qayğıkeş, rahat həssaslığı ilə insanları bir araya gətirən və toxunma hissi oyadan rəng kimi də təsvir edib.

Oxuməni.az