İngiltərədə 150 ​​milyon illik "dəniz canavarı"nın kəlləsi tapılıb

İngiltərədə 150 ​​milyon illik "dəniz canavarı"nın kəlləsi tapılıb

11 Dekabr 2023 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin cənubundakı «Dorsetdə Yura» sahilinin qayalıqlarından nəhəng dəniz canavarının kəlləsi çıxarılıb. Kəllə təxminən 150 milyon il əvvəl okeanları dəhşətə gətirən dəniz sürünəni "pliosaur"a aiddir. 2 metr uzunluğundakı fosil bu günə qədər kəşf edilən ən mükəmməl nümunələrdən biridir və bu sürünən haqqında yeni məlumatlar verir. Fosilin çox böyük olduğu və çox yaxşı qaldığı aşkar edilib. Yerli paleontoloq Stiv Etçes hesab edir ki, başqa heç bir yerdə buna bənzər nümunə yoxdur.

Oxuməni.az