Səkkiz aydır yoxa çıxan kosmik pomidor tapılıb

Səkkiz aydır yoxa çıxan kosmik pomidor tapılıb

12 Dekabr 2023 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Mart ayında NASA astronavtı Frank Rubionun Beynəlxalq Kosmik Stansiyada (BKS) Yer orbitində itirdiyi kiçik pomidor 8 ay sonra tapılıb. Astronavt Rubio uzun müddətdir ki, bu pomidoru yeməkdə ittiham olunurdu.

Həmin vaxt astronavt təcrübə çərçivəsində yığdığı pomidoru itirib və bu, stansiyada zarafatlara səbəb olub.

Efirdə canlı yayımlanan tədbirdə NASA astronavtı Jasmin Moghbeli, "Evə qayıdan yaxın dostumuz Frank Rubio uzun müddətdir ki, bu pomidoru yeməkdə günahlandırılırdı. Amma indi onu bəraət qazandıra bilərik. Pomidoru tapmışıq" deyə gülərək bildirib…

Oxuməni.az