2 il əvvəl 15 min dollar dəyərində olan tablo 14 milyon dollara satılıb

2 il əvvəl 15 min dollar dəyərində olan tablo 14 milyon dollara satılıb

13 Dekabr 2023 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

2 il əvvəl dəyəri 15 min dollar olaraq təyin olunan tablonun hollandiyalı rəssam Rembrandta məxsus olduğu ortaya çıxıb. Budan sonra rəsm 14 milyon dollara satılıb.

Sözügedən rəsm 1950-ci illərdən bəri demək olar ki, heç yerdə sərgilənməyib. O, 1955-ci ildə Amsterdamda «JCH Heldring» kolleksiyaçısı tərəfindən alınıb. Rəsm 1985-ci ildə alman ailəsinin əlinə keçib. Əsər 2 il əvvəl satışa çıxarılana qədər bu ailədə olub. Satış zamanı əsərin məşhur rəssama yaxın tələbə və ya rəssam tərəfindən çəkildiyi iddia edilib. Rəsmin dəyərinin 10 min ilə 15 min dollar arasında olduğu təxmin edilirdi.

Əsər naməlum alıcı tərəfindən o vaxtkı təxmini dəyərindən 50 dəfə çox olan 910.000 dollara alınıb. Sonradan məlum olub ki, əsər holland rəssamın “böyük əhəmiyyətə malik əsəri”dir.

15 min dollar dəyərində olan tablonun holland rəssamı Rembrandta məxsus olduğu üzə çıxanda, iki il əvvəl rəsmin qiyməti 12-18 milyon dollar arasında idi. Sözügedən rəsm «Sotheby's» hərracında 14 milyon dollara satılıb.

Oxuməni.az