Süni intellekt beyinləri oxumağa başladı

Süni intellekt beyinləri oxumağa başladı

13 Dekabr 2023 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Qeyd olunub ki, alimlər tərəfindən hazırlanmış süni intellekt sistemi insanların düşüncələrini yazılı sözlərə çevirə bilir. Alimlər tərəfindən hazırlanan süni intellekt artıq beyinləri oxumağa başlayıb. “NewScientist”in məlumatına görə, bir qrup elm adamı yalnız sensorlarla dolu dəbilqə və süni intellektdən istifadə etməklə insanın fikirlərini yazılı sözlərə çevirə bildiklərini açıqlayıblar.

Tədqiqat zamanı alimlər başa beyinin elektrik fəaliyyətini qeydə alan papaq taxaraq mətn parçalarını oxuyublar. Bu elektroensefaloqramma (EEG) qeydlərini, daha sonra isə «DeWave» adlı süni intellekt modelindən istifadə edərək mətnə ​​çeviriblər.

«DeWave» modelinin beyin siqnallarının müəyyən cümlələrlə uyğunlaşdığı və çox sayda nümunəyə baxılaraq öyrədildiyi ifadə edilib.

Məsələn, salam deməyi düşündüyünüz zaman beyninizin müəyyən siqnallar göndərəcəyi qeyd edilmişdir.

Müxtəlif sözlər və ya cümlələr üçün bu siqnalların bir çox nümunəsini görərək, «DeWave» bu siqnalların "salam" sözü ilə necə əlaqəli olduğunu öyrənir.

«DeWave» beyin siqnallarını yaxşı başa düşdükdən sonra komanda onu «ChatGPT»-ni gücləndirən süni intellektə bənzər açıq mənbəli böyük dil modelinə (LLM) qoşur.

Bu «LLM» cümlələr qura bilən ağıllı yazıçı kimidir və bu yazıçıya «DeWave»-dən gələn siqnallardan cümlələr qurmaq üçün bələdçi kimi istifadə etmək tapşırılıb.

Tədqiqatçılar sistemin daha da inkişafı ilə insult keçirmiş xəstələr kimi danışma qabiliyyətini itirmiş insanların ünsiyyətini asanlaşdıracağını proqnozlaşdırırlar.

Oxuməni.az