Yarı erkək, yarı dişi olan mutant quş

Yarı erkək, yarı dişi olan mutant quş

14 Dekabr 2023 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

Kolumbiyada yarı erkək yarı dişi olan son dərəcə nadir "mutant" quş aşkar edilib. Alimlər lələklərinin yarısı yaşıl, digər yarısı mavi olan quşun həm erkək, həm də dişi xüsusiyyətlərə malik olduğunu aşkar ediblər.

Ötən il həvəskar quş müşahidəçisi mutant quşu görüb və onun fotolarını çəkib. Müşahidəçi mutant quşun fotolarını Yeni Zelandiyanın Otaqo Universitetinin tədqiqatçıları ilə paylaşıb.

Lələkləri yaşıl və maviyə bölünən quşun bu xüsusiyyətinin hər iki cinsin xüsusiyyətlərini daşıması ilə əlaqədar olduğu müəyyən edilib.

Kolumbiyada tətildə olmuş bioloq Hamiş Spenser bu mənzərədən heyrətlənərək, kəşfin bu quşların yüz ildən artıq müddətdə ilk müşahidəsi olduğunu qeyd edib.

Növün dişiləri yaşıl rəngə, kişilər isə mavi rəngə meyllidirlər. Quşun hər iki rəngi olduğu üçün tədqiqatçılar quşun hermafrodit ola biləcəyindən şübhələnirdilər.

Mütəxəssislər quşlar haqqında yazılan bir məqalədə, "Quşlardakı bu hadisənin, mayoz zamanı bir səhv nəticəsində yumurtanın ayrı sperma ilə ikiqat dölləndiyi zaman meydana gəldiyini düşünürlər" deyə bildiriblər.

Nəticədə quşun bir tərəfində qadın, digər tərəfində isə erkək hüceyrələri olur. Quşun gündəlik fəaliyyətinə və fiziki xüsusiyyətlərinə baxaraq hansı cinsin daha çox üstünlük təşkil etdiyinə qərar vermək mümkündür…

Oxuməni.az