Ölən və dirilən qadın həmin anları belə təsvir edib

Ölən və dirilən qadın həmin anları belə təsvir edib

15 Dekabr 2023 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

İnfarkt keçirən və ürəyi 24 dəqiqə dayanan Lauren Canaday adlı qadın həmin vaxt yaşadıqlarını açıqlayıb. "Mən işıq və ya tunel görmədim, amma məndə dərin bir hüzur hissi var idi. Artıq ölümdən qəti şəkildə qorxmuram", - deyə Lauren bildirib.

Lauren Canaday 2023-cü ilin fevralında infarkt keçirib. Xəstəxanaya çatdırılana qədər ürəyi 24 dəqiqə dayanan Lauren Canaday o zaman gördüklərini və hiss etdiklərini tam olaraq belə paylaşıb.

24 dəqiqə ərzində tibbi olaraq dünyasını dəyişən Lauren Canaday, başına gələnləri sözbəsöz təsvir edib və bu müddət ərzində gördüklərini və hiss etdiklərini açıqlayıb. Lauren qeyd edib ki: "Keçən fevral ayında evdə qəfil infarkt keçirdim. Ərim 911-ə zəng etdi və ürək masajına başladı. Məni xəstəxanaya aparmaq 24 dəqiqə çəkdi. 9 gün reanimasiyada qaldıqdan sonra "koqnitiv cəhətdən sağlam" elan edildim. MRT-lərdə gözə çarpan beyin zədəsi yox idi. Mən işıq və ya tunel görmədim, amma məni dərin bir dinclik hissi bürümüşdü.

Ölümə yaxın olan qadın başqa şərhində belə davam edib: "Mənə elə gəlir ki, həyat və ölüm arasında çox incə bir xətt var. Dostlarım və ailəmlə daha çox vaxt keçirdiyimə görə tanrıya minnətdaram. Artıq ölümdən narahat deyiləm. Mən həyatda tez-tez baş verən ağrılardan daha çox narahat oluram…

Oxuməni.az