Havanın çirklənməsini azaltmaq üçün süni yağış istehsal edilib

Havanın çirklənməsini azaltmaq üçün süni yağış istehsal edilib

18 Dekabr 2023 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində havanın çirklənməsini azaltmaq üçün süni yağış istehsal edilib.

«Geo News» televiziyasındakı xəbərə görə, Pəncabın baş naziri Muhsin Naqvi, yağış səpmə avadanlığı ilə təchiz edilmiş təyyarələrin Lahorun 10 rayonu üzərində uçuşlar etdiyini bildirib.

Naqvi hava çirkliliyini azaltmaq üçün Lahorda süni yağış istehsal edildiyini, 10-12 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərindən 2 təyyarə və ekspertin bu məsələyə dəstək vermək üçün Lahora gəldiyini bildirib.

Görülən işlərdən sonra Pakistan tarixində ilk dəfə olaraq şəhərin müxtəlif yerlərində istehsal edilən süni yağış yağıb.

Xatırladaq ki, Lahor dünyanın ən çox hava çirkliliyinə malik ilk 10 şəhəri sırasındadır. Pəncabda havanın çox çirkli olduğu ərazilərdə maska ​​taxmaq məcburi edilib.

Oxuməni.az