Milyonlarla dəyəri olan maskanı 150 avroya satıblar

Milyonlarla dəyəri olan maskanı 150 avroya satıblar

20 Dekabr 2023 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Yaşlı fransız cütlük milyonlarla dəyəri olan son dərəcə nadir Afrika maskasını 150 avroya satıblar. Məhkəmə onların özlərinin günahkar olduğuna qərar verib. Çox nadir bir Afrika maskasını 150 avroya satan, ancaq milyonlarla dəyərində olduğunu bilməyən fransız cütlük, Fransanın cənubunda məhkəmə tərəfindən rədd edilən orijinal satışı ləğv etmək üçün etdikləri iddianı təmin edə bilməyiblər.

80 yaşlarında olan və təqaüdə çıxmış cütlük məhkəmədə bu satışın "autentifikasiya xətası" olduğunu bildiriblər. Maskanın alıcısının isə ikinci əl əşyaları alan və həqiqətən də əşyanın nə qədər dəyərli olduğunu bilən şəxs olduğu iddia edilib.

Lakin məhkəmə cütlüyün maskanı satmadan əvvəl qiymətləndirilməsi üçün heç bir cəhd etmədiklərini söyləyərək onların iddialarını rədd edib.

"Onların diqqətsizliyi səhvin bağışlanmazlığını səciyyələndirir. Ona görə də bu əsasla satışın ləğvi ilə bağlı vəsatətləri təmin edilməsin", - deyə hakimlər qərarda bildiriblər.

Oxuməni.az