Həbsxananı qorumaq üçün qazlardan istifadə edirlər

Həbsxananı qorumaq üçün qazlardan istifadə edirlər

25 Dekabr 2023 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyada həbsxana məhbusların qaçmasının qarşısını almaq üçün qazlardan istifadə edirlər. “Agent qazları” adlanan heyvanlar həbsxananın daxili hasarı ilə onun əsas xarici divarı arasındakı yaşıllıq zonasında patrulluq edir.

Braziliyanın Santa Katarina ştatında həbsxananı qazlar qoruyur. Həbsxanada elektron və fiziki təhlükəsizlik tədbirlərinə əlavə olaraq, qazlar patrullluq edirlər. Qazlar ən xırda bir hərəkətdə «cik-ciyillə» mühafizəçiləri hərəkətə keçirməyə sövq edirlər.

Mühafizəçilər qazların sayıqlığının itlərə nisbətən daha yaxşı olduğunu deyirlər. Digər tərəfdən, həbsxananın arxitekturası qaz sürüsü tərəfindən təhlükəsizliyi dəstəkləmək üçün tam uyğundur…

Oxuməni.az