1500 il əvvəl doğuş zamanı ölən qədim Misirli ananın qalıqlarında yeni kəşf

1500 il əvvəl doğuş zamanı ölən qədim Misirli ananın qalıqlarında yeni kəşf

29 Dekabr 2023 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Arxeoloqlar 1500 ildən çox əvvəl doğuş zamanı ölən mumiyalanmış gənc ananı yenidən tədqiq etdikdən sonra şokedici kəşf ediblər. Corc Vaşinqton Universitetindən bir qrup cəsədin kompüter tomoqrafiyasını aparıb və körpənin başının doğum kanalına, digər dölün isə döş qəfəsinə ilişib qaldığını aşkar edib.

Yaşı 17-dən yuxarı olmayan gənc qadının doğuş zamanı başı bədənindən ayrılan körpənin yanında basdırılması mütəxəssisləri onun bilmədən əkiz körpələrə hamilə qaldığını düşünməyə vadar edib.

Komandanın təxminlərinə görə, böyük əkiz başı bədənindən ayrıldığı zaman ölüb, kiçik əkiz isə uşaqlıq yolundan ayrılaraq qabırğa nahiyəsində ortaya çıxıb.

Qadının qalıqları 1908-ci ildə Misirin Qərb səhrasındakı El Baqavat qəbiristanlığında tapılıb.

Qadının öldüyü zaman 14-17 yaşları arasında olduğu güman edilir. Qadını qolları yan tərəfə, ayaqlarını isə cır-cındırla bir-birinə bağlayaraq basdırıblar. Bədəni isə tamamilə qurutmaq qabiliyyətinə malik olan böyük miqdarda duz ilə örtülüb.

Tədqiqat zamanı tədqiqatçılar 1908-ci ildən əvvəlki arxeoloqların cəsədi açdıqlarını, qollarını çıxardıqlarını, bud sümüyünü yumşaltdıqlarını və qarın nahiyəsində əməliyyat apardıqlarını göstərən qeydlərdən istifadə ediblər.

Qeydlərdə ayaqları arasında olan, başı bədənindən ayrı olan, çarşaflar və duz təbəqələri ilə örtülmüş körpədən bəhs edilir.

Kompüter tomoqrafiyası da mumiyanın yuxarı sol döş qəfəsində daha bir körpənin olduğunu müəyyən edib.

1908-ci ildə ilk kəşfdə ilk əkizdən bəhs edilsə də, qeydlərdə başqa bir döldən bəhs edilməyib.

Komanda bu ay Beynəlxalq Osteoarxeologiya Jurnalında dərc edilən araşdırmada "Bu döl daha əvvəl aşkar edilməmişdi" deyə bildirib.

Qrup uşaqların əkiz olduqlarını onların ölüm yaşını doğuşdan əvvəl 36-40 həftə arasına qoyaraq sübut edib.

İlkin sahə qeydlərində ölümün səbəbi göstərilməsə də, fotoşəkillərdən istifadə edərək tədqiqatçılar ölüm səbəbinin "doğuş zamanı dölün başının sıxılması" olduğu qənaətinə gəliblər.

Araşdırmada "Körpənin başının çanaq girişində olması mütləq doğumun dayandığını göstərir" deyə bildirilir.

Komanda həmçinin qeyd edib ki, bu nadir hadisədir və hər 10 000 diri doğuşa görə cəmi 0,14 nisbətində baş verir.

İkinci dölün sinə boşluğuna necə implantasiya edildiyi hələ aydın deyil.

Mumiyalama prosesi zamanı həmin nahiyədəki birləşdirici toxumalar ərimiş ola bilər ki, bu da doğmamış körpənin sinə boşluğuna keçməsinə şərait yaradıb...

Oxuməni.az