Süni intellektə malik OLED noutbuku Intel Core Ultra 9 prosessorunu dəstəkləyir

Süni intellektə malik OLED noutbuku Intel Core Ultra 9 prosessorunu dəstəkləyir

30 Dekabr 2023 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Asus özünün yeni noutbuku "Zenbook 14 OLED"-i nümayiş etdirib. Çəkisi cəmi 1,2 kq olan süni intellektli dəstəkləyən qabaqcıl Intel Core Ultra 9 prosessorlu və real 3K ASUS Lumina OLED displeyinə malik noutbuk istifadəçilərə təqdim edilib. Aparıcı kompüter istehsalçılarından biri olan Asus, CES 2024-dən əvvəl yeni modellərinə baxış keçirib. Markanın nümayiş etdirdiyi modellər arasında Intel-in süni intellekt dəstəkli prosessorlu "Zenbook 14 OLED UX3405" noutbuku da diqqət çəkənlər arasında olub. Model ölçüləri və performansı ilə yeni texnologiyaları birləşdirən model kimi xüsusi seçilib. Xüsusi dizayn edilmiş akkumulyator əvvəlki modellərə nisbətən 20%-ə qədər daha çox doldurma dövrünü dəstəkləyir, istifadəçinin sərmayəsini qoruyur və noutbukun ömrünü maksimum dərəcədə artırmağa kömək edir. Bundan əlavə, 15 saata qədər elektrik şəbəkəsinə qoşulmadan işləmək imkanı təqdim edir. "USB-C" ilə asan doldurma, istənilən uyğun "USB-C" adapterindən, rozetkadan və ya enerji bankından şarj etməyə imkan verir...

Oxuməni.az