Robot ev heyvanları stressi azaldır

Robot ev heyvanları stressi azaldır

7 Yanvar 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Araşdırmaya görə robot ev heyvanı ilə yaşayan insanlar əsl ev heyvanına sahib olmağın təsirləri kimi, daha az stress keçirirlər. Ev heyvanlarının insanlar üzərindəki stressi azaldan təsiri tədqiqatçılar tərəfindən daim araşdırılır. Xüsusilə itlər insanların ən yaxşı dostları kimi tanınır.

Buna pet robotları da daxil edilə bilərmi?

Araşdırmalar bu robotların insanın ən yaxşı dostu ola biləcəyini göstərir. İki ay ev heyvanına bənzər bir robotla yaşayan insanların stress səviyyələrinin əsl itlə yaşayan insanların stress səviyyələrinə bərabər olduğu müşahidə edilib.

Araşdırmada insanlarla eyni bədən istiliyinə malik, qarnı sığallandıqda gözlərini yavaş-yavaş bağlayan, tənəffüs səsləri çıxaran, burnu basıldığında titrəyərək gülən kiçik robotdan istifadə edilib.

Sahibini kamera ilə izləyən və qucaqlamaq istədikdə əlini hərəkət etdirən ev heyvanı robotu göz təması və səslər ilə ünsiyyət qura bilir.

Yaponiyanın «Jichi» Tibb Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, “öhdəlik hormonu” kimi tanınan oksitosin səviyyəsi robot sahiblərində 2,2 dəfə yüksəkdir.

Robotların depressiya və alkoqolizmin müalicəsində heyvan yardımlı terapiyaya alternativ ola biləcəyi düşünülür.

Oxuməni.az