Çingiz xanın itirilmiş məzarı Rusiyadadır

Çingiz xanın itirilmiş məzarı Rusiyadadır

11 Yanvar 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Yüz illərdir əfsanələrə mövzu olan Çingiz xanın itirilmiş məzarı ilə bağlı yeni iddia ortaya atılıb. Rusiya mətbuatında çıxan xəbərdə Çingiz xanın məzarının Rusiyanın Zabaykal bölgəsində ola biləcəyi iddia edilib.

Dünyaca məşhur monqol hökmdarı Çingiz xanın ölümü və məzarı ilə bağlı yeni iddialar irəli sürülməkdə davam edir. Bu dəfə Rusiya mətbuatında Çingiz xanın məzarının tapıldığı iddia edilib. «TürkRus.com»-un verdiyi xəbərə görə, Monqol İmperatorluğunun qurucusu Çingiz xanın xəzinələrinin olduğu güman edilən məzarı Rusiyada ola bilər. Xəbərdə məşhur səyyah Marko Polonun gəncliyində üç il Çingiz xanın nəvəsi Xubilay xanın sarayında xidmət etdiyi və bu mövzuda elm adamlarına ipucu verdiyi bildirilir. Marko Polonun, sərdabənin o zamanlar Monqol İmperatorluğunun paytaxtı Karakumun şimalında, Altay dağlarında yerləşdiyini, bunun arxasında isə “Bərqunun sonsuz çölləri”nin olduğunu iddia etməsi gündəmə gətirilib. Rusiyanın «Ria» agentliyindəki təfərrüatlarda belə yazılıb: “Deməli, məzar Rusiyada, Zabaykal bölgəsindədir”.

Baykal gölünün şimal-qərbində yerləşən Rıtıy burnunun bu tərifə uyğun olduğuna diqqət çəkən agentlik, "Bura qədim zamanlardan buryatlar üçün müqəddəs sayılırdı. Şamanlar buraya ancaq qanlı ayinlər icra etmək üçün gələ bilirdilər. 1162-ci ildə "qızıl nəsil" kimi tanınan Börçigin tayfasında dünyaya gələn Çingiz xan 1206-cı ildə Monqol İmperatorluğunu qurdu. 1227-ci ildə öldüyü zaman imperiya Roma İmperiyasından 2,5 dəfə böyük idi…

Oxuməni.az