İnsanların "Kinq Konq"la qarşılaşması hələ də mümkündür

İnsanların "Kinq Konq"la qarşılaşması hələ də mümkündür

11 Yanvar 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Tarixdə məlum olan ən böyük meymun demək olar ki, 3 metr hündürlükdə idi və qorilladan demək olar ki, iki dəfə ağır idi. İnsanların təxəyyülünü “Kinq Konq” kimi zəbt edən nəhəng meymunun niyə və nə vaxt yoxa çıxması paleontologiyanın ən böyük sirlərindən biri hesab olunur.

Tədqiqatçılar hesab edirlər ki, “Kinq Konq”un 295 min il əvvəl nəsli kəsilib, çünki iqlim dəyişib və bitki yeyən primat dəyişən bitki örtüyünə uyğunlaşmaqda çətinlik çəkib.

Bu meymunlar təqribən 2 milyon il əvvəl nəsli kəsilənə qədər zəngin meşə mühitində yetişdirilən meyvələrlə sağ qalmağı bacarmışdılar.

Meşələrin quruluşu dəyişməyə başladıqca, “Kinq Konq” lar da daha az qidalı yemək yeyirdilər.

Hollandiyalı paleontoloq Koeniqsvald ilk dəfə təxminən bir əsr əvvəl Honq Konqlu bir əczaçıda əjdaha sümükləri kimi satılan iri “Kinq Konq” dişlərini aşkar edə bilmişdi.

Dişlərindəki çuxurlar və cızıqlar, onun həqiqətən meşə dibindən qabıq və budaq kimi lifli qidaları yediyini göstərirdi.

Hələ o zaman tədqiqatçı nəhəng meymunun dəyişən ətraf mühit şəraitinə yaxşı uyğunlaşmadığını və xroniki stress keçirdiyini müəyyən edə bilmişdi.

Tədqiqatçının fikrincə, belə nəhəng meymunların hazırda yaşadığına dair birbaşa fosil sübutu olmasa da, alim belə hesab edir ki, insanların "Kinq Konq"la qarşılaşması hələ də mümkündür.

Oxuməni.az