Çay yatağında min illik "Vikinq qılıncı" aşkar edilib

Çay yatağında min illik "Vikinq qılıncı" aşkar edilib

18 Yanvar 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Polşada çay yatağında demək olar ki, mükəmməl şəkildə qorunub saxlanılan min illik "Vikinq qılıncı" tapılıb. Polşanın Vroclavek şəhərində Visla çayını dərinləşdirən işçilər çöküntüdən düzbucaqlı, metal obyekt çıxdığını görüblər. Sonrakı araşdırmalar nəticəsində məlum olub ki, bu obyekt mükəmməl şəkildə qorunub saxlanılan Vikinq qılıncıdır.

Qılınc Torundakı Nikolay Kopernik Universitetinin tədqiqatçılarına təhvil verilib. Burada arxeoloqlar qılıncın rentgenini çəkərək qılıncın 950-ci ildən əvvələ aid olduğunu müəyyən ediblər.

Həmçinin məlum olub ki, qılıncın üzərində “Ulfberht” sözü yazılıb. “Ulfberht” sözü qədim vikinq dilində canavar mənasını verir.

Hazırda Polşada yalnız səkkiz belə qılıncın, Avropanın qalan yerlərində isə cəmi 170 qılıncın olduğu məlumdur.

Oxuməni.az