Nüsrət Dubay restoranında verilən qəbzi yayımladı

Nüsrət Dubay restoranında verilən qəbzi yayımladı

22 Yanvar 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Qəssab Nüsrət Gökçə Birləşmiş Ərəb Əmirliklərindəki restoranında verilən qəbzi yayımlayıb. Gökçə 398 min 630 dirhəm ödənilən hesaba “Pul gəlir, pul gedir” deyə şərh yazıb. Dünyada duz səpmə hərəkəti ilə tanınan və bir çox ölkədə restoranları olan Nusret Gökçe Dubay restoranında verilən hesabı paylaşıb. Bu paylaşım sosial şəbəkə istifadəçiləri arasında mübahisəli şərhlərə səbəb olub.

Şagird olaraq başladığı sektorda öz restoranlarını açan və duz səpmə hərəkəti ilə milyonlarla izləyici yığan Nüsrət Gökçə, tez-tez məkanlarındakı astronomik qiymətlərlə gündəmə gəlir.

Nüsrətin paylaşdığı qəbzdəki rəqəmləri görənlər gözlərinə inanmayıb. 398.630 BAU Dirhəm. Hətta bu qəbz bəzi sosial şəbəkə istifadəçilərini qəzəbləndirib…

Oxuməni.az