«NVIDIA» avtonom nəqliyyat vasitələrinə sürücülük vəsiqəsi verməyə hazırlaşır

«NVIDIA» avtonom nəqliyyat vasitələrinə sürücülük vəsiqəsi verməyə hazırlaşır

25 Yanvar 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Texnologiya nəhənglərindən biri olan «NVIDIA», avtonom sürücülük texnologiyalarının virtual sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını təmin edəcək «NVIDIA DRIVE Sim» proqramını genişləndirir.

Bildiyiniz kimi, motosikletdən tutmuş avtomobillərə qədər müəyyən mühərrik həcmi olan bütün nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsi almalıyıq. Yaxşı, çox yüksək sürətə çata bilən, çəkisi yüzlərlə kilo olan avtonom nəqliyyat vasitələrinin də sürücülük vəsiqəsi olmalı deyilmi? «NVIDIA»-ya görə, bu avtomobillərin də sertifikatı olmalıdır və nəhəng şirkət bu sahədə addım atıb.

«NVIDIA DRIVE Sim» adlı təşəbbüs avtonom idarəetmə texnologiyalarını sınaqdan keçirmək üçün istifadə olunacaq və uğurlu sistemlər sertifikatlaşdırılacaq. Bu simulyasiya çox sadə proseslərdən tutmuş irimiqyaslı, mürəkkəb modellərə qədər bir çox müxtəlif testlər üçün istifadə edilə bilər. Platforma sayəsində nəqliyyat vasitələrinin inkişaf prosesləri sürətləndirilə, avtonom avtomobillər də müəyyən standartda istehsal oluna bilər.

Bunun üçün real dünyada əldə edilən məlumatlar virtual test mühitinə ötürüləcək. Bu prosesdə "Neural Reconstruction Engine" adlı süni intellekt alətindən istifadə ediləcək. Bu sistemdə müxtəlif ssenarilər də sınaqdan keçirilə bilər.

Bu platformada «NVIDIA» avtonom avtomobil sistemlərinin insanların trafikdə ünsiyyətini başa düşməsini təmin etmək üçün çalışacaq. Bundan əlavə, sistemlərin müxtəlif vəziyyətlərdə dinamik idarəetmə üsullarını təkbaşına inkişaf etdirmələri üçün infrastruktur təmin ediləcək. Platforma həmçinin real trafik simulyasiyalarını ehtiva edəcək və sintetik məlumatlardan istifadə etməklə avtonom nəqliyyat vasitələrinin ətraf mühitlə bağlı qavrayışı yaxşılaşdırılacaq.

«NVIDIA» təkcə qrafik kartları istehsal etmir, eyni zamanda «Midjourney» və «ChatGPT» kimi bir çox süni intellekt alətləri də daxil olmaqla bir çox sistemin texniki infrastrukturunda mühüm rol oynayır. Şirkət burada əldə etdiyi məlumatı avtonom avtomobillər kimi gələcəyin hakim texnologiyaları arasında olması gözlənilən sahədə istifadə etməyin yollarını axtarır. Əslində, «DRIVE Sim» üzərində iş 2022-ci ildən davam etsə də, proqram hələ də erkən giriş mərhələsindədir və sertifikatlaşdırma prosesi yenicə sistemə daxil edilir.

Oxuməni.az