Zeytun yağı ölüm riskini üçdə bir azaldır

Zeytun yağı ölüm riskini üçdə bir azaldır

29 Yanvar 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Harvard Universitetinin alimləri tərəfindən aparılan ilk araşdırmaya görə, zeytun yağını müntəzəm istehlak etmək ölüm riskini 28 faiz azalda bilər.

Zeytun yağı uzun müddət sağlam qidalanmanın bir hissəsi kimi istehlak edildikdə daha uzun yaşamağa kömək edə bilər.

İndi yeni bir araşdırma zeytun yağının demansdan ölmə riskini azaltmağa kömək etdiyini göstərir.

ABŞ-ın Harvard Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma, əhalinin yaşlanması səbəbindən bir çox ölkələrin Alzheimer xəstəliyi və digər demans növləri ilə üzləşdiyini ortaya qoyub.

Tədqiqatçıların fikrincə, marqarin və kommersiya mayonez kimi yağlar yerinə zeytun yağının istifadəsi demansdan ölüm riskini azalda bilər.

Məlum olub ki, hər gün yarım xörək qaşığından çox zeytun yağı qəbul edən insanların demansdan ölmə riski heç vaxt və ya nadir hallarda zeytun yağı içməyənlərə nisbətən 28 faiz daha azdır…

Oxuməni.az