İnsanabənzər robot üçün «Microsoft» və «ChatGPT»-dən 500 milyon dollar investisiya

İnsanabənzər robot üçün «Microsoft» və «ChatGPT»-dən 500 milyon dollar investisiya

1 Fevral 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

“Microsoft” və “OpenAI” şirkətləri süni intellektlə dəstəklənən insanabənzər robotların yaradılması üçün startapa 500 milyon dollar sərmayə qoymağı düşünürlər.

Xatırladaq ki, bir müddət əvvəl İlon Maska məxsus Tesla, insanabənzər robot «Optimusunu» təqdim etmişdi.

Bu inkişaflardan sonra nəhəng texnologiya şirkətləri süni intellektlə yanaşı, insanabənzər robotlara diqqət yetirməyə başladılar.

“Bloomberg”in məlumatına görə, qeyd edilib ki, “Microsoft” və “ChatGPT” proqramını tərtib edən «OpenAI» şirkəti insanabənzər robot startapına 500 milyon dollar sərmayə qoymağı münasib bilir.

Bildirilib ki, bütün dünyaya avtonom insanabənzər işçilər yerləşdirmək istəyən şirkətlər belə robotun qiymətinin 1,9 milyard dollar dəyərində ola biləcəyini düşünürlər.

Əlavə olaraq bildirilib ki, «OpenAI» daha əvvəl «1X Technologies» adlı başqa bir insanabənzər robot startapına sərmayə qoyub.

Oxuməni.az​