Qlobal istiləşmə pik həddi keçib

Qlobal istiləşmə pik həddi keçib

9 Fevral 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

2023-cü ildə havanın orta temperaturu normadan 1,5 dərəcə yüksək olub. Bu, Paris razılaşması çərçivəsində saxlanılması nəzərdə tutulan səviyyəni aşıb. Mütəxəssislərin fikrincə artım tendensiyası davam edərsə, bir neçə ildən sonra fəlakət ola bilər.

2023-cü ildə dünya ilk dəfə olaraq bütün ili orta səviyyədən bir yarım dərəcə yuxarı temperaturla keçirdi. Başqa sözlə, orta temperatur dünya liderlərinin 2015-ci ildə söz verdikləri ekoloji öhdəlikdən yüksək həddə qalxdı.

2023-cü il havanın temperaturunun bütün il ərzində 2015-ci ildə müəyyən edilmiş hədəfdən yuxarı qaldığı ilk il kimi qeydə alınıb.

Təkcə Avropa İttifaqının iqlim xidmətinin deyil, bütün məlumatlar dünyanın müasir tarixinin ən isti dövrünü yaşadığını göstərir.

Lakin bu hələ o demək deyil ki, Paris iqlim sazişinin qarşıya qoyduğu hədəf aşılıb.

Mütəxəssislər bildirirlər ki, qlobal temperatur artımını hələ də 1,5 dərəcədən aşağı salmaq və orada saxlamaq mümkündür…

Oxuməni.az