İtmiş kömür gəmisinin qalıqları 120 ildən sonra tapılıb

İtmiş kömür gəmisinin qalıqları 120 ildən sonra tapılıb

26 Fevral 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

1904-cü ildə 32 ekipajı ilə Avstraliya sahillərində batan kömür gəmisi, itirilmiş yükləri axtaran bir kommersiya şirkəti tərəfindən tapılıb. Okeanın dibində edilən kəşf itən kömür gəmisinin 120 illik sirrini açıb.

SS Nemesis adlı gəmi 32 nəfərlik heyəti ilə kömürlə yüklənərək 9 iyul 1904-cü ildə İngiltərədən yola düşüb. 73 metr uzunluğundakı gəmi Avstraliyanın Melburn şəhərinə getməli idi, lakin bir geri qayıtmayıb.

O, sonuncu dəfə dənizdə fırtınada qalan başqa bir gəmi tərəfindən müşahidə edilib.

Sonrakı həftələrdə ekipajın cəsədləri, gəminin sükanı, qapıları və digər parçaları Cronulla çimərliyində tapılmışdı.

Gəminin batması böyük bir media fırtınasına və o dövrdə sıx ictimai marağa səbəb olsa da, gəminin əsas qalıqları bu günə kimi tapılmamışdı...

Oxuməni.az