Panamada yaşı 1300 ildən çox olan məzar tapılıb

Panamada yaşı 1300 ildən çox olan məzar tapılıb

6 Mart 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi Amerika ölkəsi Panamada 1300 ildən çox yaşı olduğu təxmin edilən məzarın tapıldığı bildirilir.

Panama Mədəniyyət Nazirliyinin Mədəni İrs üzrə Milli Direktoru Linette Monteneqro mətbuata verdiyi açıqlamada Kokle əyalətindəki «El Kano» arxeoloji sahəsində qazıntılar zamanı İspandan əvvəlki məzarın tapıldığını bildirib.

Direktor, "1300 ildən çox yaşı olduğu təxmin edilən bir məzar müəyyən etdik. İki cəsəd, bir gəlinin cehiz əşyaları, bir az qızıl, keramika, beş sinə kəməri, qızıl muncuq, dörd qolbaq, sırğa, qızılla örtülmüş çanta və müxtəlif boyunbağılar tapılıb” deyə bildirib.

Məzarın dövrün hökmdarına aid olduğu qeyd edilib. Xatırladaq ki, bölgədə arxeoloji qazıntılar 2008-ci ildən davam edir.

Oxuməni.az