Merinos qoçu rekord qiymətə satılıb

Merinos qoçu rekord qiymətə satılıb

7 Mart 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Balıkəsir şəhərində Qoyunçuluq Elmi-Tədqiqat İnstitutu tərəfindən hər il keçirilən Ənənəvi Damazlıq Qoç Satış Mərasimində satışa çıxarılan 161 qoç arasında ən bahalısı 150 min lirəyə satılıb.

Mərasimə Balıkəsir valisi İsmail Ustaoğlu, Balıkəsir İlçe Baş məmuru Engin Aksakal, Balıkəsir Millət vəkili Burak Dalgın, Balıkəsir İl Jandarma Komandiri general-mayor Nurettin Alkan, Balıkəsir İl Təhlükəsizlik Müdiri Həsən Yiğit və digərləri qatılıb.

İnstitutda yetişdirilən merinos cinsi damazlıq qoç Ceyhun Mırız tərəfindən rekord qiymətə 150 ​​min lirəyə hərracda alınıb.

Oxuməni.az