İt kimi hürən qadın maşını qazanacaq

İt kimi hürən qadın maşını qazanacaq

7 Mart 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Taş Kağıt Makasda" serialında 4 qadının bir-birinin ardınca düzüldüyü səhnədə "Bu qaba tökdüyüm içkini sahibsiz it kimi içən maşını qazanacaq" deyilib.

Ozan Güven, Ekin Koç, Serra Arıtürk, Hande Ataizi, Burak Yörük və Hüseyin Avni Danyalın rol aldığı «Kanal D»-nin yeni serialı "Taş Kağıt Makasda" bir səhnə izləyiciləri qəzəbləndirib. Qadınlara “Küçə iti kimi hür” deyilən səhnədən sonra sosial şəbəkələrdə çoxlu etirazlar yayılıb.

Yörükün canlandırdığı Fecir Emirkıran obrazı 4 qadını əylənmək üçün çağırıb və onlara son model avtomobil vermək müqabilində hürmələrini istəyib. Fecir "Bu qaba tökdüyüm içkini sahibsiz it kimi içən maşını qazanacaq. Küçə iti kimi hürən" dedikdən sonra bir qadın hürərək qabdakı içkini içib. Serialdakı səhnə qısa zamanda sosial mediada trend mövzusuna çevrilib. 8 Mart Qadınlar Bayramı öncəsi qadınlara münasibətə reaksiya verən bir çox izləyici “Qadınlara verilən dəyər budurmu, çox ayıbdır”, kimi şərhlər yazıblar.

Oxuməni.az