Bəzi telefonlarla otel otağının qapısını açmaq mümkündür

Bəzi telefonlarla otel otağının qapısını açmaq mümkündür

25 Mart 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

NFC texnologiyasını dəstəkləyən Android smartfonlarının daha çox otellərdə gördüyümüz kartla giriş sistemlərini sındıra bildiyi ortaya çıxıb. Mütəxəssislər tərəfindən aparılan araşdırmaya görə, bu problem “Dormakaba” adlı şirkət tərəfindən buraxılan kart giriş sistemlərinə təsir edir. Əldə edilən məlumata görə, “Dormakaba” 161 ölkədə 13 mindən çox obyektin üstünlük verdiyi bir markadır. Bu, təxminən 3 milyondan çox otel otağının Android telefonunun köməyi ilə açıla biləcəyi deməkdir.

Məsələ ilə bağlı açıqlama verən şirkət təhlükəsizliyin tamamilə aradan qaldırılması üçün səylərin davam etdiyini bildirib. Hələlik prosesin nə vaxt başa çatacağı məlum deyil…

Oxuməni.az