Bakıda 67 milyon manata obyekt satılır

Bakıda 67 milyon manata obyekt satılır

18 Dekabr 2018 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda fantastik qiymətə obyekt satılır.

Bu barədə alqı-satqı ilə məşğul olan saytlardan birində elan yazılıb. Elanda qeyd edilib ki, satışa çıxarılan obyektin qiyməti 67 milyon manatdır.

Obyekt Bakının Nəsimi rayonunda, 28 may metrosu ilə S.Vurğun parkı yaxınlığında yerləşir.

Obyektin qiymətini dəqiqləşdirmək üçün qeyd edilən nömrə ilə əlaqə saxladıq. Obyekt satışı ilə məşğul olan şəxs həqiqətən də, qiymətin düzgün yazıldığını bildirdi.

Qeyd edək ki, satışa çıxarılan obyekt iş adamlarından birinə məxsusdur. (baku.vvs)