Sovetin məşhur limuzini 26 milyona satışa çıxarıldı

Sovetin məşhur limuzini 26 milyona satışa çıxarıldı

8 Yanvar 2021 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Sovet İttifaqının müharibədən sonrakı ilk məşhur maşını – 1945-58-ci illərdə istehsal olunan ZİS-110 Avto.ru saytında 26 milyon rubla satışa çıxarılıb.

Oxuməni.az xəbər verir ki, satışa çıxarılan ZİS-110 1950-ci il istehsalıdır. Yüksək vəzifəli dövlət məmurları üçün nəzərdə tutulan “Sovet limuzini” 6 litrlik mühərrik və 140 at gücündədir.

Tverdə satışa təqdim edilən maşın əla vəziyyətdədir. Cəmi 30 min km sürülən limuzin bir neçə il öncə Moskvada tam restovrasiya olunub.