İspaniyada ölən qadın dirilib

İspaniyada ölən qadın dirilib

26 Yanvar 2021 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ölü bilinərək dəfn edilən 85 yaşlı qadının 9 gündən sonra evə dönməsi ailə üzvlərinin və yaxınlarını dəhşətə gətirdi.

Oxuməni.az xəbər verir ki, hadisə İspaniyada baş verib.

Məsələ ilə bağlı ölkə.az La Voz de Galicia qəzetinə istinadən yazır ki, COVİD-19-dan xəstəxanada müalicə alan pensiyaçı Roqelib Blanko ailəsinə yanvarın 13-də xəbər verilir ki, bəs qadın xəstəlikdən dünyasını dəyişib. Koronavirusa görə qoyulan məhdudiyyətə görə ailə xəstənin dəfnində iştirak edə bilmir. Lakin ailəyə verilən acı xəbərdən 9 gün sonra 85 yaşlı qadının sağ-salamat evə dönməsi hamını təəccübləndirib. O İspaniyanın şimalındakı Kcove şəhərindəki qocalar evində yaşayan əri Roman Blankonun yanına gəlib. Onu görən əri özünü itirib: “Mən buna inana bilmirəm”.

Sən demə həmin xəstəxanada Roqeli ilə eyni palatada koronavirusdan müalicə alan iki yaşlı qadın ölür və bu səbəbdən də ölənlər barədə ailələrə səhv məlumat göndərilir.