11 yaşlı azərbaycanlı qızı dayısı oğluna nişanladılar

11 yaşlı azərbaycanlı qızı dayısı oğluna nişanladılar

8 Fevral 2021 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.

Oxuməni.az xəbər verir ki, Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində bir ailə öz övladına nişan mərasimi təşkil edib. Sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olan videonun 1 həftə öncə çəkildiyi bildirilir. Məsələ ilə bağlı konkret az-ın yazdığına görə, nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib. Qızı öz dayısı oğlu ilə nişanlayıblar.

Baş verən hadisə ilə bağlı Xalq Müdafiəçisinin (Ombudsman Aparatı) Kvemo-Kartlidə gender məsələləri üzrə mütəxəssisi Mari Gvidianiyə də məlumat verilib.