Amerikanın yeni roveri Marsa uğurlu eniş etdi

Amerikanın yeni roveri Marsa uğurlu eniş etdi

19 Fevral 2021 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) “Perseverance” adlı kosmik aparatı Mars planetinin səthinə eniş edib.

Oxuməni.az bildirir ki, cihazın enişi və planet səthindən əldə etdiyi ilk görüntülər qurumun rəsmi “Youtube” səhifəsindən canlı olaraq yayımlanıb.Aparatın enişi qırmızı planetin atmosferinin üst qatlarına çatmasından sonra başlanıb. 7 dəqiqə davam edən eniş prosesində aparat sürətini 20 000 km/saatdan 3.2 km/saatadək azaldıb. Onun Marsın Ezero kraterinə eniş etdiyi bildirilib.

Qeyd edək ki, “Perseverance” qonşu kürəyə eniş edən sayca beşinci NASA aparatıdır.

“Perseverance” aparatı 7 alətdən ibarətdir və onlar Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.

Aparat 23 ədəd kamera ilə təchiz olunub, 2 ədəd mikrofon vasitəsilə alimlər Mars səthində olan səsləri qeydə ala biləcəklər.

Aparatın Marsdan çəkdiyi ilk fotonu təqdim edirik: