“Marsdan gətirilən torpaq Yer üzündə bioloji fəlakətə səbəb ola bilər”

“Marsdan gətirilən torpaq Yer üzündə bioloji fəlakətə səbəb ola bilər”

1 May 2021 08:49
Bəyəndim (0) Bəyənmədim (0)

“Perseverance” roveri tərəfindən Marsdan gətiriləcək torpaq bütün bəşəriyyət üçün potensial təhlükə yarada bilər.

Oxuməni.az-ın verdiyi xəbərə görə, “Daily Star”yazır ki, alimlər bununla bağlı xəbərdarlıq ediblər.

Mütəxəssislər hətta buna görə Beynəlxalq ICAMSR (The International Committee Against Mars Sample Return) Komitəsi yaradıblar.

Komitə üzvləri əmindirlər ki, nümunələrin “Qırmızı Planet”dən Yerə çatdırılması zamanı bioloji fəlakət – “Mars taunu” başlaya bilər. Səbəb kimi isə Marsda, məsələn torpaqda təhlükəli ölüm mənbəyi hesab edilən mikroorqanizmlərin ola bilmə ehtimalı göstərilir.

Qeyd edək ki, “Perseverance” “Qırmızı Planet”dən torpaq nümunələri toplayacaq, başqa bir rover isə (növbəti missiya ilə işə salınması planlaşdırılır) onları götürəcək. Torpaq kapsulları Yerə göndəriləcək.