“Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəsi"  ilə Bütöv Azərbaycan Ocaqları arasında əməkdaşlıq haqqında ilkin razılıq əldə olunub

“Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəsi" ilə Bütöv Azərbaycan Ocaqları arasında əməkdaşlıq haqqında ilkin razılıq əldə olunub

5 Fevral 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Cümhuriyyətinin banisi, ilk cümhurbaşqanı, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı Bütöv Azərbaycan Ocaqlarının (BAO) qərargahında keçirilən tədbirdə "Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzi"nin sədri , professor Nəsiman Yaqublu ilə BAO-nun Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli arasında Məhəmməd Əmin Rəsulzadə ilə bağlı tədbirlərin birgə həyata keçirilməsi yönündə ümumi razılaşma olub.

Oxuməni.az BAO-nun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, razılaşmaya əsasən ilk olaraq cari il martın 6-da M.Ə.Rəsulzadənin vəfat günündə, Rəsulzadə irsinin digər əsas tədqiqatçılarının da iştirakı təmin edilməklə birgə “Anım günü” tədbiri keçiriləcək.