MSK-nın sədri: Bütün məntəqələr səsvermə üçün tam hazırdır
Hazırda seçki siyahımızda 6 milyon 478 min 623 nəfər var.
Bunu fevralın 6-da jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.
MSK sədri qeyd edib ki, seçicilər 6537 məntəqədə səs verəcəklər. Bütün məntəqələr səsvermə üçün tam hazırdır. Onların hazırlığı beynəlxalq tələblərə cavab verir.
O həmçinin qeyd edib ki, sabahkı seçkilər Azərbaycan xalqı üçün əhəmiyyətlidir. Çünki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçiriləcək.
MSK sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərəcək.
Məzahir Pənahovun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası artıq bir aydan çoxdur Azərbaycandadır. Onlar sabahkı seçkiləri tam tərkibdə müşahidə edəcəklər. Onların nümayəndə heyəti ümumilikdə 266 nəfərdən ibarətdir.
“Bundan əlavə, ATƏT-in Parlament Assambleyasının 96 müşahidəçisi seçkiləri izləyəcək. Adətən bu qurumlar səsvermənin nəticəsi ilə bağlı birlikdə hesabat hazırlayırlar”, - deyə MSK-nın sədri əlavə edib.
O qeyd edib ki, seçki prosesini izləmək üçün akkreditasiyadan keçən 790 beynəlxalq müşahidəçi 72 beynəlxalq təşkilatı təmsil edir.
MSK sədri qeyd edib ki, onlar 89 ölkənin vətəndaşlarıdır.
MSK sədri qeyd edib ki, ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçidir:
" Sekçiləri müşahidəsində 109 beynəlxalq media qurumu iştirak edir. Onların 216 nümayəndəsi var".
Oxuməni.az


































































.jpg)























