Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanladı

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanladı

8 May 20:40
Bəyəndim (0) Bəyənmədim (0)

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanladı.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanladı. Təbrikdə Heydər Əliyev Fondunun müasir Azərbaycanın xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, milli dövlətçilik ideyalarının, gələcək nəsillərə çatdırılmasına töhvə vermək məqsədilə yaradılaraq Azərbaycanın çoxəsrlik milli-mədəni dəyərlərinin, multikultural ənənələrinin, tolerantlıq mühitinin qorunması və təşviqi, xalqın sosial-iqtisadi rifahı naminə təhsilə, mədəniyyətə, idmana və gənc istedadlara dəstək verərək istər ölkə daxilində, istərsə də Ölkəmizin hüdudlarından kənarda çox böyük humanitar aksiyalar keçirərək dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməsi qeyd olunmuşdur.

Sonda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi İlqar Abbasov Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyi münasibətilə öz adından və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti adından Mehriban xanım Əliyevanı ürəkdən təbrik edərək Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə və onunla birlikdə Azərbaycan xalqı üçün misilsiz əhəmiyyəti olan dəyərli fəaliyyətində uğurlar arzulamışdır.

Oxuməni.az