Makron Durova ofisini Parisə köçürməyi təklif edibmiş
2018-ci ildə, əvvəllər bu haqda heç bir məlumat verilməyən nahar yeməyində, Fransa prezidenti Emmanuel Makron “Telegram”-ın yaradıcısı Pavel Durova şirkətin baş ofisini Parisə
köçürməyi təklif etsə də,rədd cavabı alıb.Bu barədə “The Wall Street Journal”mənbələrə istinadən yazır.
Mənbənin sözlərinə görə, həmin vaxt Durova Fransa vətəndaşlığının verilməsi də müzakirə olunub. Nəticədə, “Telegram”-ın yaradıcısı onu 2021-ci ildə aldı.
Nəşrin jurnalistləri onu da öyrəniblər ki, fransız casusları BƏƏ ilə birlikdə 2017-ci ildə Durovun smartfonunu sındırıblar.Qəzetin yazdığına görə əməliyyat “Bənövşəyi musiqi” kod adı ilə həyata keçirilib. İddialara görə, Fransa kəşfiyyat orqanları terrorçuların “Telegram”-dan işə cəlb olunmaq üçün istifadə etdiyindən narahat olduqları üçün bu addımı atıblar.
“Politico” bu yaxınlarda bildirdi ki, Makron təsisçisinin Fransada bu yaxınlarda həbs olunmasına
baxmayaraq, “Telegram” messencerindən fəal şəkildə istifadə etməyə davam edir.Fransa prezidenti bu proqramdan ilk prezidentlik kampaniyası başlayandan istifadə edir və bu proqram ölkənin siyasi dairələrində geniş istifadə olunur.
Pavel Durov avqustun 24-də Paris hava limanında həbs edilib.Onun həbsi bir çox ölkələrdə ictimai qınaqlara səbəb olub.Bununla bağlı Fransa prezidenti Emmanuel Makron bu işə aydınlıq gətirməyə məcbur olub.O, Durovun həbs edilməsi qərarının siyasi olmadığını əmin edib və hakimlərin iş adamının işinə ədalətli baxacaqlarına söz verib.
Almaz Həsənli













































.jpg)
.jpg)





.jpg)




















.jpg)












